SOCAR yeddi ayda 4,3 mln ton neft hasil edib

SOCAR yeddi ayda 4,3 mln ton neft hasil edib Respublika üzrə hasil edilmiş neftin 14 mln tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,2 mln tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb
Energetika
18 Avqust , 2020 15:37
SOCAR yeddi ayda 4,3 mln ton neft hasil edib
0 : 00
0 : 00

2020-ci ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 20,5 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1,4 mln ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 14 mln tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,2 mln tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat 4,3 mln ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi