Kiyevdə iki "SOCAR" yanacaqdoldurma məntəqəsi açılacaq
Energetika
- 31 oktyabr, 2015
- 06:25
Bakı. 31 oktyabr. REPORT.AZ/ Yaxın zamanlarda Ukraynada "SOCAR" brendi ilə yeni iki yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.
"Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, bu məntəqələr Kiyevdə - Brovarski prospektində və Stoliçnıy şossesində yerləşəcək.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada nümayəndəlik açıb. Şirkət bu ölkədə "SOCAR Energy Ukraine" adı ilə fəaliyyət göstərir.
Ukraynada "SOCAR" brendi ilə ilk yanacaqdoldurma məntəqəsi isə 2010-cu ildə Odessa şəhərində açılıb.
Hazırda Ukraynanın 27 yaşayış məntəqəsində "SOCAR" brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir.
Son xəbərlər
21:12
Foto
Azərbaycan çempionatı: Sərbəst güləşçilərin mübarizəsində ilk qaliblər müəyyənləşib
Fərdi21:03
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilib
Komanda21:03
Bərdədə baş verən ağır qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Hadisə21:00
SOCAR keçən il 2 milyon tondan çox neft-kimya məhsulları ixrac edib
Energetika20:54
Foto
QMİ sədri: Erməni kilsəsinin revanşizmə meyillənməsi birgəyaşayış prinsiplərinə uyğun deyil
Xarici siyasət20:50
Azərbaycan Basketbol Liqasının XVII turunda "Naxçıvan" qələbə qazanıb
Komanda20:46
"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
Futbol20:44
Video
Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub
Hadisə20:39