Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın
Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.
Bu gün səhər saatlarında SOCAR brendli yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edən, SOCAR-ın törəmə şirkəti “SOCAR Petroleum” QSC-dən də heç bir məhdudiyyət olmadığı bildirilmişdi.