SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzalayıb

SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzalayıb Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakıda 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Energetika
30 May , 2018 11:14
SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzalayıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakıda 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. 

"Report"un verdiyi xəbərə görə, geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və JOGMEC prezidenti Tetsuhiro Hosono imzalayıblar.

Azərbaycanın neft-qaz layihələri Yaponiya şirkətlərinin daim diqqət mərkəzindədir. İyirmi ildən artıqdır ki, Azərbaycanın yeni neft stretagiyası çərçivəsində SOCAR və Yaponiyanın İTOCHU, eləcə də İNPEX şirkətləri arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq həyata keçirilir. Yaponiya Milli Neft Korporasiyasının (JNOC) davamçısı olan Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyasının (JOGMEC) rəhbər nümayəndələri bir necə dəfə Azərbaycana səfər edib, SOCAR və ITOCHU şirkətləri tərəfindən "Pirallahı" yatağında layların neftveriminin artırılması üzrə aparılan birgə tədqiqat işinin gedişi ilə tanış olublar və gələcək əməkdaşlığa dair təkliflər də buradan yaranıb.

Qeyd: Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası (JOCMEG) 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası (JNOC) və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini öz üzərinə götürüb. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (Ministry of Economy, Trade and İndustry - METİ) təkibində olan JOGMEC Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından ITOCHU, İNPEX və s. şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir. 

Son xəbərlər

Orphus sistemi