Azərbaycan Dövlət Neft Şirkəti (
“Report” xəbər verir ki, bu barədə Özbəkistan şirkətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, bu məsələ SOCAR, “SOCAR Trading” və “Chemtrade LLC” şirkətlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti ilə “Uzbeknefteqaz” şirkətinin görüşündə müzakirə olunub. Tərəflər treydinq əməliyyatlarının həyata keçirilməsi üçün birgə müəssisəsinin yaradılması sahəsində əməkdaşlıq istiqamətinin perspektivlərini müzakirə ediblər.
Şirkətin məlumatında deyilir ki, görüş tərəflər arasında “Uzbekneftegaz” İdarə Heyəti ilə Bakıya səfəri zamanı əldə olunmuş razılıqlar çərçivəsində təşkil edilib. Görüşdə treydinq əməliyyatlarının həyata keçirilməsi üçün bir müəssisənin yaradılması sahəsində əməkdaşlıq istiqamətinin perspektivləri müzakirə olunub.
Görüşün nəticələrinə əsasən, tezliklə yeni birgə müəssisənin yaradılması üçün atılacaq növbəti addımlar müəyyən edilib.
