SOCAR və Rosneft arasında SOCAR-ın Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchiz olunması haqqında kontrakt imzalanıb

SOCAR və Rosneft arasında SOCAR-ın Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchiz olunması haqqında kontrakt imzalanıb Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki STAR neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzalayıblar.
Energetika
1 Sentyabr , 2018 16:58
SOCAR və Rosneft arasında SOCAR-ın Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchiz olunması haqqında kontrakt imzalanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki STAR neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzalayıblar.

“Report” xəbər verir ki, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması nəzərdə tutulur.

STAR zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.

Qeyd edək ki, “SOCAR Turkey” şirkətinə məxsus olan STAR neft emalı zavodu Türkiyənin İzmir şəhərinin yaxınlığında - Egey dənizinin sahilində yerləşir. STAR neft emalı zavodunun istismara verilməsi 2018-ci ilin oktyabr ayına planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi