​SOCAR və "Qazprom" qaz müqaviləsinin texniki detallarını müzakirə edir

​SOCAR və "Qazprom" qaz müqaviləsinin texniki detallarını müzakirə edir Müqavilənin nə vaxt imzalanacağı hələ məlum deyil
Energetika
29 Oktyabr , 2015 11:45
​SOCAR və Qazprom qaz müqaviləsinin texniki detallarını müzakirə edir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında təbii qazın "svop" rejimində alqı-satqısı müqaviləsinin texniki detalları hazırlanır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev qeyd edib ki, hələlik müqavilənin nə vaxt imzalanacağı məlum deyil: "Bildiyiniz kimi, Rusiya qazı burada laylara vurulması, gələcəkdə neft hasılatının artırılması və qaz anbarının maksimal gücə çatdırılması üçün nəzərdə tutulub".

Qeyd edək ki, "Qazprom" şirkətinin Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcəyi nəzərdə tutulur. Həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq. Gələn ildən isə alınan Dağıstanın qazla təmin edilməsi üçün nəql olunacaq.

Xatırladaq ki, SOCAR 2010-cu ildən Rusiyanın cənub hissəsini qazla təmin edib, 2014-cü ilin sonu-2015-ci ilin əvvəlində ölkədə artan tələbatla bağlı Rusiyaya qaz nəqli dayandırılıb.

Son xəbərlər

Orphus sistemi