Yuxarı
    Bağlamaq

    SOCAR və Misir Dövlət Neft Şirkəti arasında memorandum imzalanıb

    Memorandumu SOCAR prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi imzalayıblar

    Bakı. 2 noyabr. REPORT.AZ/ Misirə rəsmi səfəri çərcivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev noyabrın 2-də bu ölkənin neft və mineral ehtiyyatlar naziri Tarık əl Molla ilə göruşüb.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə tərəflər SOCAR ilə EGPC (Misir Dövlət Neft Şirkəti) arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıblar. 

    Görüşün sonunda SOCAR prezidenti R.Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi