SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib

SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib ​​​​​​​
Energetika
25 Yanvar , 2023 17:14
SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bununla bağlı müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin İFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh ilə keçirilən görüşdə aparılıb.

Görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Həmçinin SOCAR ilə IFC arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi