SOCAR və Hindistanın GAIL şirkəti mayeləşdirilmiş qazın alışı və satışı sahəsində əməkdaşlıq edəcəklər

SOCAR və Hindistanın GAIL şirkəti mayeləşdirilmiş qazın alışı və satışı sahəsində əməkdaşlıq edəcəklər Azərbaycan Dövlət Neft Şirkəti və Hindistanın GAIL şirkəti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar
Energetika
3 Noyabr , 2014 14:25
SOCAR və Hindistanın GAIL şirkəti mayeləşdirilmiş qazın alışı və satışı sahəsində əməkdaşlıq edəcəklər

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın GAIL şirkəti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. GAIL şirkətindən "Report"a verilən məlumata görə, iki şirkət mayeləşdirilmiş qazın (LNG) alışı və satışı sahəsində və LNG qlobal layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcəklər.

Tərəflər həmçinin LNG bazar marketiniqinin aparılmasında, mənbələrin tapılması və nəqletmə tələblərinin optimallaşdılrılması üzrə əməliyyatlarda əməkdaşlıq edəcəklər. Bundan başqa, GAIL və SOCAR bütün dünyada əməkdaşlıq imkanlarını araşdıracaq və neft-kimya sahəsində birgə sərmayə layihələrinə qatılacaqlar.

Qeyd edək ki, GAIL Hindistanın ən iri qaz şirkətidir. Şirkət qaz biznesinin bütün aspektləri - kəşfiyyat, hasil, nəqliyyat, emal, qazdan yanacaq kimi istifadə etməklə elektrik enerjisinin generasiyası və hazır məhsulun satışı ilə məşğul olur. Şirkətə ümumi buraxılış qabiliyyəti ildə 54 mlrd. kubmetr  olan 6 700 km qaz boru kəməri, ümumi gücü ildə 1,2 mln. ton olan LPG istehsalı üzrə 7 zavod, Pata şəhərində (Uttar-Pradeş ştatı) qaz-kimya kompleksi, 1922 km uzunluqda LPG qaz boru kəməri məxsusdur.  

Son xəbərlər

Orphus sistemi