SOCAR və Dövlət Sərhəd Xidməti: “Neft Daşları”nda qanunsuz balıq ovu artıb

SOCAR və Dövlət Sərhəd Xidməti: “Neft Daşları”nda qanunsuz balıq ovu artıb Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilməkdədir.
Energetika
25 İyun , 2021 16:11
SOCAR və Dövlət Sərhəd Xidməti: “Neft Daşları”nda qanunsuz balıq ovu artıb

Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilməkdədir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda ov mövsümü olmadığına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin “Neft Daşları”nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proseslərinə maneçilik törətmələri müəyyən olunub.

Qanunsuz balıq ovu üçün istifadə edilən torlar istehsalat prosesi zamanı müxtəlif avadanlıqların, ehtiyat hissələrinin, həmçinin “Neft Daşları”nda işləyən əməkdaşları daşıyan gəmilərin, qayıqların hərəkətinə mane olmaqla yanaşı, su nəqliyyat vasitələrinin estakadaya çırpılmasına, nəticədə ağır qəza hallarının baş verməsinə səbəb ola bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymayıb, qanunsuz əməllərini davam etdiriblər.

İyunun 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin mərkəzi istiqamətində dövlət sərhədinin və neft-qaz hasilatı infrastrukturunun mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi "Qarşılıqlı fəaliyyət Planı”na uyğun olaraq “Neft Daşları”nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplayıb və ərazidən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi