SOCAR və BMT rəsmiləri Eko-sürücülük simulyatoruna baxış keçiriblər

SOCAR və BMT rəsmiləri Eko-sürücülük simulyatoruna baxış keçiriblər Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün BMT və SOCAR-ın birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” - NAMA layihəsi çərçivəsində əldə edilən və 1 saylı Nəqliyyat Departamentinin ərazisində quraşdırılan Eko-sürücülük simulyatoruna baxış keçirilib.
Energetika
1135
19 Aprel , 2018 18:55
SOCAR və BMT rəsmiləri Eko-sürücülük simulyatoruna baxış keçiriblər

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün BMT və SOCAR-ın birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” - NAMA layihəsi çərçivəsində əldə edilən və 1 saylı Nəqliyyat Departamentinin ərazisində quraşdırılan Eko-sürücülük simulyatoruna baxış keçirilib.

“Report” xəbər verir ki, tədbirdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Qulam İsakzai və SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirak edib.

Eko-sürücülük simulyatoru sifariş əsasında, Azərbaycanın yol və iqlim şəraitinə, yol hərəkəti qaydalarına uyğunlaşdırılıb. Simulyator vasitəsilə ildə 1000-ə yaxın minik, avtobus və yük maşınları sürücüləri üçün təlim keçmək imkanı yaradılıb. Eko-sürücülük sayəsində ildə 1500 ton karbon emissiyasının havaya atılmasının qarşısını almaq mümkün olacaq. Bu da 600 ton yanacağa qənaət deməkdir. Belə ki, aparılan hesablamalara görə, keçirilən təlimlər nəticəsində SOCAR üzrə istifadə olunan yanacağın ümumi həcmində 5%, yəni təqribən, ildə 1.000.000 litr yanacağa qənaət edilə bilər. Beynəlxalq təcrübəyə əsasən, enerji səmərəliliyi və təhlükəsizliyi mövzusunda təlim keçmiş sürücülər nəqliyyat vasitələrinin emissiyalarını ən azı 10-15% azaltmaq imkanına malik olurlar. Layihə çərçivəsində birinci fazada 4 ədəd hibrid tipli minik avtomobili SOCAR-ın sürücülərinin ixtiyarına verilib.

Eko-sürücülük metodologiyası üzrə nəzəri və praktiki təlimlər keçən SOCAR-ın Nəqliyyat İdarəsinin 10 nəfər işçisi sertifikatlarla təltif olunub.  

Son xəbərlər

Orphus sistemi