SOCAR və "Aramco" şirkətləri Türkiyədə ortaq iş qura bilər

SOCAR və "Aramco" şirkətləri Türkiyədə ortaq iş qura bilər Energetika naziri Natiq Əliyev: "Qaz hasilatı və neft-kimya sahəsində də əməkdaşlığımız üçün böyük imkanlar görürəm"
Energetika
26 Aprel , 2017 12:37
SOCAR və Aramco şirkətləri Türkiyədə ortaq iş qura bilər
Report.az

Bakı. 26 aprel. REPORT.AZ/ "Bu gün Azərbaycan prezidenti ilə görüşdə bir sıra məsələləri müzakirə etdik. Onların sırasında ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı təşəbbüslər də var". "Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi deyib.

Səudiyyə naziri qeyd edib ki, Azərbaycandakı filiz yataqlarının işlənməsi ilə bağlı məsələlər də gündəmdə olub.

Azərbaycanın energetika naziri Natiq Əliyev isə deyib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiallar var: "Bunlardan biri neft-qaz sahəsində əməkdaşlıqdır. Biz təklif etdik ki, SOCAR və "Aramco" şirkətləri Türkiyə bazarında ortaq çalışsın. Qaz hasilatı və neft-kimya sahəsində də əməkdşalığımız üçün böyük imkanlar görürəm".

Son xəbərlər

Orphus sistemi