Yuxarı

​SOCAR Ukraynanın cənubunda daha bir yanacaqdoldurma stansiyası istifadəyə verib

Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları ilə həyata keçirilir

Bakı. 17 mart. REPORT.AZ/ SOCAR Ukraynanın cənubunda iri sənaye mərkəzi kimi tanınan Nikolayev vilayətində “SOCAR” brendi ilə fəaliyyət göstərən sayca 7-ci yanacaqdoldurma stansiyasını istifadəyə verib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, Nikolayev şəhərinin iki yaşayış mikrorayonunu birləşdirən yolun üzərində yerləşən stansiya SOCAR-ın Ukraynada üzən yanacaqdoldurma məntəqələri də daxil olmaqla 50-ci brend aktividir. Yeni YDM-də Polşa, Litva, Belarusun aparıcı neft emalı zavodlarında “Avro-5” ekoloji standartlarına uyğun istehsal olunmuş yanacaq - Aİ-92, Aİ-95, Aİ-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı və mayeləşdirilmiş qaz reallaşdırılır. Təkərlərin doldurulması, avtomobillərin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təchizatı, avtomobil dayanacağı kimi xidmətlər pulsuzdur. YDM ərazisində fəaliyyət göstərən kafedə müştərilərə Azərbaycan milli mətbəxinin nümunələri təklif olunur. Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları ilə həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi