Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Odessadakı (Ukrayna) biznesi üçün mayeləşdirilmiş qaz daşıyan "Scania" markalı yük maşını alıb.
"Report"un "Autoconsulting.com.ua" saytına istinadən xəbər verir ki, bu, SOCAR-ın son 4 ayda aldığı analoji ikinci yük maşınıdır.
"Everlast" şirkətinin sisternləri ilə "Scania" avomobilləri 45 kubmetr həcmində qazı Ukrayna ərazisində daşıya biləcək.
Qeyd edək ki, SOCAR 2015-ci ilin ikinci yarısından maye qazın topdan satışı üzrə daha aktiv fəaliyyət göstərməyə başlayıb. SOCAR-ın avtomobil parkında həm də "Scania" markalı benzin daşıyan maşın var.