Yuxarı

​SOCAR Ukraynada maye qaz satışını 3,5 dəfə artırıb

Ukraynada bəzi qazdoldurma stansiyalarında çeksiz qaz satılır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ukraynanın "A-95" konsaltinq qrupu Ukraynada maye qazla işləyən mühərriyi olan avtomobillərin sayının artdığını açıqlayıb. "Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, ekspertlər qaza keçən sürücülərin sayının daha çox ola biləcəyini qeyd edirlər.

Məlumata görə, hesablamalar əsas qaz satışı şəbəkələrində satış həcminin dəfələrlə artdığını göstərir. SOCAR bir il əvvələ nisbətən 3,5 dəfə, OKKO 86%, WOG isə 107% daha çox qaz satıb.

"Privat" şəbəkəsi ("Ukrnafta", "Ukrtatnafta", "Avias" və ANP) yayın sonuncu ayında 11,8 min ton qaz satıb ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 17% çoxdur.

Hesabata görə, bəzi qazdoldurma stansiyalarında nağd və çeksiz qaz satılır. Onlar arasında "Marshal", "Bars 2000" və s. adı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi