SOCAR Ukraynada ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub

SOCAR Ukraynada ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub Ukraynanın 650-dən çox şirkətini özündə birləşdirən “Reputasiya fəalları” reytinq təşkilatı 2020-ci ilin nəticələrini elan edib
Energetika
3 İyun , 2021 11:59
SOCAR Ukraynada ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub

Ukraynanın 650-dən çox şirkətini özündə birləşdirən “Reputasiya fəalları” reytinq təşkilatı 2020-ci ilin nəticələrini elan edib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft məhsulları riteyli” kateqoriyasında ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkət növbəti uğurunu yanacağın istehlakçılar və ekspertlər tərəfindən bəyənilən keyfiyyəti, innovasiya və xidmət səviyyəsi, həmçinin Milli Opera və Balet Teatrı qarşısında fəvvarənin yenidən qurulması, yerli polisin “Təhlükəsizlik kəmərlərini bağlayın və qorxmayın!” təşəbbüsünə dəstək və COVID-19 əleyhinə tədbirlər kimi sosial layihələri sayəsində qazanıb.

2015-ci ildə yaradılmış “Reputasiya fəalları” hazırda Ukraynanın ən nüfuzlu reytinq təşkilatlarından biridir, 45 nominasiya üzrə reytinq cədvəlini müəyyənləşdirir. Reytinq səviyyəsi müstəqil ekspertlər tərəfindən 5 meyar üzrə müəyyən edilir və şirkətin reputasiya sabitliyini, imic kapitalını, korporativ sosial məsuliyyətini, media fəallığını, innovativ yanaşmasını və böhrana qarşı dayanıqlılığını əks etdirir.

"SOCAR Energy Ukrayna" şirkətinin əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir. Ukraynanın Odessa, Nikolayev bölgələrində və paytaxt Kiyevdə "SOCAR Energy Ukrayna"ya məxsus 61 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi