SOCAR Ukrayna Dəmir Yolları üçün 20 min ton dizel yanacağı tədarük edəcək

SOCAR Ukrayna Dəmir Yolları üçün 20 min ton dizel yanacağı tədarük edəcək Bakı. 31 yanvar. REPORT.AZ/ “SOCAR Ukraine” şirkəti “Ukrzaliznytsia” (Ukrayna Dəmir Yolları) üçün 20 min ton həcmində dizel yanacağı tədarük edəcək.
Energetika
31 Yanvar , 2018 14:56
SOCAR Ukrayna Dəmir Yolları üçün 20 min ton dizel yanacağı tədarük edəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ “SOCAR Ukraine” şirkəti “Ukrzaliznytsia” (Ukrayna Dəmir Yolları) üçün 20 min ton həcmində dizel yanacağı tədarük edəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, “SOCAR Ukraine” bir ton dizel yanacağı üçün 28 450 qrivna təklif edərək 2 tenderin qalibi olub.

Qeyd edək ki, “Ukrzaliznytsia” ənənəvi prosedurlarla, ümumilikdə, 50 min ton dizel yanacağı üçün 5 tender keçirib.

Xatırladaq ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Ötən ilin iyun ayına olan məlumata görə, Ukraynada 4 neft bazası və 61 yanacaqdoldurma məntəqəsi SOCAR brendi altında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi