SOCAR Ukrayna Dəmir Yolları üçün 15 min ton dizel yanacağı tədarük edəcək

SOCAR Ukrayna Dəmir Yolları üçün 15 min ton dizel yanacağı tədarük edəcək Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi - “SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 15 min ton həcmində dizel yanacağı tədarük edəcək.
Energetika
28 Sentyabr , 2018 16:35
SOCAR Ukrayna Dəmir Yolları üçün 15 min ton dizel yanacağı tədarük edəcək
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi - “SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 15 min ton həcmində dizel yanacağı tədarük edəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, SOCAR “Ukrzaliznitsya”nın 30 min ton dizel yanacağı alınması ilə bağlı elan etdiyi iki tenderin qaliblərindən biri olub.

“SOCAR Ukraine” dizel yanacağını 32 078,8 qrivna/ton qiymətinə tədarük edəcək.

Tədarük üçün son tarix bu il dekabrın 31-i nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi