SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır

SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır Şirkət aylıq təchizatın həcmini 50 mln. kubmetrə qədər artırıb
Energetika
27 İyul , 2017 17:21
SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır

Kiyev. 27 iyul. REPORT.AZ/ “SOCAR Ukraine” Ticarət Evi Ukraynaya aylıq qaz təchizatının həcmini mart ayındakı 4,5 mln. kubmetrdən iyunda 50 mln. kubmetrə qədər artırıb.

Bu barədə “Report”un Ukrayna bürosuna şirkətin mətbuat xidmətindən bildirilib.

“SOCAR Ukraine” şirkətindən qeyd edilib ki, şirkət Ukraynada qaz təchizatına bu ilin mart ayının sonunda başlayıb. Tədarük Polşa, Macarıstan və Rumıniya sərhədlərindən həyata keçirilir. Təchizatın başlanmasından şirkət təxminən 95 mln. kubmetr təbii qaz idxal edib.

“SOCAR Ukraine” aylıq təchizatın həcmini 100 mln. kubmetrə qədər artırmağı və Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi