"SOCAR Ukraine": Şirkətin fəaliyyəti qanuna tam uyğundur

"SOCAR Ukraine": Şirkətin fəaliyyəti qanuna tam uyğundur Mixail Tretyakov: "Bu prinsiplər fəaliyyətimizi sırf hüquq sahəsində və müştərilərin lehinə tənzimləyir"
Energetika
9 Dekabr , 2016 17:34
SOCAR Ukraine: Şirkətin fəaliyyəti qanuna tam uyğundur

Kiyev. 9 dekabr. REPORT.AZ/ "SOCAR Ukraine" şirkətinin fəaliyyəti Bakıdan müəyyənləşdirilən standartlar çərçivəsində həyata keçirilir".

"Report" xəbər verir ki, bunu "Qanun və biznes" qəzetinə müsahibəsində "SOCAR Ukraine" şirkətinin Hüquqi Təminat İdarəsinin rəisi Mixail Tretyakov deyib.

"Bu, dövlət əmlakıdır və Ukraynaya qoyulan sərmayənin hamısı Azərbaycan Respublikasının, onun Dövlət Neft Şirkətinin pullarıdır. Məhz bu səbəbdən şirkətimizin fəaliyyəti Bakıdan müəyyənləşdirilən korporativ standartlar çərçivəsində həyata keçirilir. Bu prinsiplər fəaliyyətimizi sırf hüquq sahəsində və müştərilərin lehinə tənzimləyir" - o bildirib.

Onun sözlərinə görə, şirkət Ukraynaya birillik müddətə gəlməyib.

"Bu, Azərbaycanın biznesə yanaşmasının, başqa sözlə, bütövlüklə Ukrayna biznesinin xeyrinə olacaq müəyyənləşdirilmiş yüksək hədd səviyyəsinin təşviqinə yönəldilmiş əhəmiyyətli investisiyadır" - idarə rəisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi