SOCAR üçün "Cənub" terminalında tankerə "Urals" nefti doldurulur

SOCAR üçün "Cənub" terminalında tankerə "Urals" nefti doldurulur Alıcı qismində SOCAR-ın İsveçrədəki treydinq bölməsi (SOCAR Trading) çıxış edib
Energetika
1 Sentyabr , 2017 15:07
SOCAR üçün Cənub terminalında tankerə Urals nefti doldurulur

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün 2017-ci ilin aprel ayında "Ukrtransnafta"nın reallaşdırdığı təxminən 80 min ton "Urals" neftinin göndərilməsi gözlənilir. Neft "Cənub" dəniz terminalında tankerə doldurulur.

"Report"un "Nefterınok" saytına istinadən verdiyi məlumata görə, alıcı qismində SOCAR-ın İsveçrədəki treydinq bölməsi (SOCAR Trading) çıxış edib. Enerji resursunun yekun dəyəri təxminən 740 mln. qriven təşkil edir.

Xatırladaq ki, "Urals" neft brendi 2016-2017-ci illərdə Cənubi Kremençuq məntəqəsində "Dnepryanı Neft Magistralı"dan sıxışdırılaraq çıxarılıb (xaric edilib). Bu, 2017-ci ilin yazında Kremençuq Neftemalı Zavoduna "Azeri Light" markalı neftin tədarükü başlamazdan öncə olub.

Bu gün " Ukrtransnaft" Ukrayna neftini emal edir. 2017-ci ilin mart ayından isə "Azeri Light" Azərbaycan neftinin tədarükü bərpa olunub. Məlumata görə, avqust ayında 100 min tondan çox neft boru kəməri ilə nəql edilib.

Son xəbərlər

Orphus sistemi