Yuxarı

SOCAR Türkmənistanda qaz konqresində iştirak edib

SOCAR-la bir çox sahələrdə əməkdaşlıqda maraqlı olan müxtəlif şirkətlərlə ikitərəfli görüşlər keçirilib

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti Avaza şəhərində (Türkmənistan) keçirilən VI Qaz Konqresində iştirak edib.

“Report” SOCAR-a istinadən bildirir ki, şirkətin nümayəndə heyətinə Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev rəhbərlik edib. Konqresdə Türkmənistan hökuməti və ölkədə fəaliyyət göstərən şirkətlərin məsul şəxsləri tərəfindən qaz sənayesinin mövcud vəziyyəti, potensialı, ixrac həcmləri və istiqamətləri haqqında, eləcə də dövlətin qaz ixracını genişləndirmək məqsədilə sərmayələrin cəlb olunması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atdığı addımlar, tranzit ölkələr, o cümlədən Azərbaycanla strateji əməkdaşlıq planları ilə bağlı məlumatlar verilib.

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev Azərbaycanın təbii qaz sahəsində hasilat və nəql potensialı, ixrac və tranzit imkanları, ''Şahdəniz-2'' üzrə hasilat və ixrac istiqamətində əldə olunan uğurlu sövdələşmələr və SOCAR-ın beynəlxalq fəaliyyəti haqqında məruzə və təqdimatla çıxış edib, Konqres iştirakçılarını maraqlandıran suallara cavab verib. 

Konqres çərçivəsində SOCAR-la bir çox sahələrdə əməkdaşlıqda maraqlı olan müxtəlif şirkətlər, həmçinin Türkmənistanın qaz sənayesi sahəsində çalışan nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi