SOCAR Türkiyəyə əlavə investisiya qoyuluşları barədə danışıqlar aparır

SOCAR Türkiyəyə əlavə investisiya qoyuluşları barədə danışıqlar aparır Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Energy" şirkətinin baş direktoru Zaur Qəhrəmanov, qonşu ölkənin İstanbul şəhərində keçirilən "Azərbaycanın bu gün və yaxın keçmişdə qazandığı dəyərlər" mövzusunda konfransda iştirak edib.
Energetika
113
18 Oktyabr , 2021 17:54
SOCAR Türkiyəyə əlavə investisiya qoyuluşları barədə danışıqlar aparır
Zaur Qəhrəmanov

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Energy" şirkətinin baş direktoru Zaur Qəhrəmanov qonşu ölkənin İstanbul şəhərində keçirilən "Azərbaycanın bu gün və yaxın keçmişdə qazandığı dəyərlər" mövzusunda konfransda iştirak edib.

Bununla bağlı "Report"un Türkiyə bürosuna açıqlama verən baş direktor ilk öncə Azərbaycanla Türkiyə arasında yeni imzalanmış qaz sazişi barədə danışıb.

"Qarşıdakı 3 il ərzində Türkiyəyə 11,5 milyard kubmetr qaz nəqlini nəzərdə tutan saziş oktyabrın 1-dən qüvvədədir. Hazırda başqa həcmlərdən söhbət getmir. Ancaq Azərbaycanın qaz ehtiyatları çoxdur. Həm "Ümid-Babək", həm "Abşeron", həm də "Şahdəniz"in III fazası var. Beləliklə gələcəkdə bu ehtiyatlardan istifadə etməklə, ilk öncə qaz yəqin ki, Türkiyəyə gələcək, daha sonra Avropaya da nəql ediləcək", - deyə o qeyd edib.

Bundan başqa, Z.Qəhrəmanovun sözlərinə görə, rəhbərlik etdiyi şirkət indiyə qədər Türkiyəyə 16,5 milyard dollar pul qoyub və yeni investisiya qoyuluşları barədə danışıqlar aparır: "Türkiyədə ilk öncə neft-kimya və qaz sektorunda böyümək istəyirik. Bu kimi məsələlərlə əlaqədar gələn il açıqlamalar olacaq".

Son xəbərlər

Orphus sistemi