SOCAR Türkiyədə neft axtaracaq

Energetika
  • 07 sentyabr, 2022
  • 12:01
SOCAR Türkiyədə neft axtaracaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Batman şəhərində neft axtaracaq.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə və Azərbaycan arasında imzalanmış Neft Ehtiyatları Müqaviləsinə uyğun olaraq, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin Baş mühəndisinin muavini Zəkulla Kərimov və “Türkiyə Petrolleri” (TPAO) rəsmisi Həmzə Oğuzhan ilkin araşdırmalar aparmaq üçün Batman şəhərində səfərdədirlər.

Belə ki, səfər zamanı SOCAR rəsmiləri Türkiyədə neft axtarışı və qazma işləri aparmaq üçün Batman valisi Əkrəm Canalp ilə görüşüblər.

Batman Valiliyində SOCAR və TPAO rəsmiləri söhbət edən vali Əkrəm Canalp şirkət rəsmilərindən həyata keçirəcəkləri neft kəşfiyyatı fəaliyyətləri ilə bağlı məlumat alıb.

Zəkulla Kərimov bu ilin mart ayında İstanbulda keçirilən Neft Ehtiyatları Zirvə toplantısında Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə çərçivəsində Batmanda ən mühüm qazma işlərini həyata keçirməyi planlaşdırdıqlarını bildirib. O, SOCAR-ın bölgədə aparacağı neft axtarışı əməliyyatlarından neft hasil edilməsi onları xoşbəxt edəcəyini bildirib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı neft axtarış fəaliyyətlərimizlə dərinləşəcək: “SOCAR tərəfindən Batmanda həyata keçiriləcək neft axtarışları bu qardaşlığı daha da genişləndirəcək.

Batman valisi SOCAR-ın həyata keçirəcəyi qazma işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyənin Batman əyalətinin Sason rayonunda Heybəli kəndi yaxınlığında ilk dəfə 1 300 metr dərinlikdə neft aşkarlanıb. Kəşfiyyat işi Türkiyənin TPAO şirkəti tərəfindən aparılıb.

Axtarış-kəşfiyyat işləri 2018-ci ildə başlanılıb. Quyuya “Herent-2” adı verilib. Ərazidən gündəlik 27 min barel neft hasil ediləcəyi bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti