SOCAR Türkiyədə külək enerjisi istehsalının gücünü artıracaq

SOCAR Türkiyədə külək enerjisi istehsalının gücünü artıracaq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir.
Energetika
12 May , 2023 14:12
SOCAR Türkiyədə külək enerjisi istehsalının gücünü artıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir.

"Report"un Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda "SOCAR Türkiyə"nin ümumi gücü 51 meqavatt olan 17 külək elektrik enersi turbini mövcuddur: "Gələcəkdə biz bu külək enerjisi turbinlərinin sayını və külək enerjisi istehsalının gücünü artırmaq niyyətindəyik. Artıq bununla bağlı müvafiq qurumlara rəsmi olaraq müraciət etmişik".

E. İbadov qeyd edib ki, bununla bərabər şirkət günəş enejisinə də diqqət ayırır: "Artıq "SOCAR Türkiyə"nin köməkçi qurum və müəssisələrində günəş enerjisi panelləri quraşdırılır. Bu quraşdırılan günəş enerjisi panelləri müəyyən qədər enerjiyə olan tələbatı ödəyir. Ancaq bu həcmlər hələlik o qədər də böyük deyil".

Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye" şirkəti "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

Son xəbərlər

Orphus sistemi