SOCAR Türkiyədə beynəlxalq dənizçilik mükafatına layiq görülüb

SOCAR Türkiyədə beynəlxalq dənizçilik mükafatına layiq görülüb "SOCAR Turkey" şirkəti "Gəmi yanacaq təminatı" nominasiyası üzrə mükafat alıb
Energetika
9 Sentyabr , 2017 17:52
SOCAR Türkiyədə beynəlxalq dənizçilik mükafatına layiq görülüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Türkiyədə XII Beynəlxalq "Qızıl Lövbər" mükafatının təqdimetmə mərasimi keçirilib.

"Report" "Denizhaber" saytına istinadən bildirir ki, mükafat müxtəlif kateqoriyalarda fərqli sahələrdə fəaliyyət göstərən şirkətlərə verilib. 

Təltifetmə mərasimində dünya dənizçilik sektorunun nümayəndələri iştirak ediblər. "SOCAR Turkey Petrol Enerji Dağıtım A.Ş." şirkəti "Gəmi yanacaq təminatı" nominasiyası üzrə mükafata layiq görülüb. Mərasimdə 71 ölkədən 600 nümayəndə iştirak edib.

Son xəbərlər

Orphus sistemi