“SOCAR Türkiyə” dənizin çirklənməsinə qarşı mübarizəni genişləndirir

“SOCAR Türkiyə” dənizin çirklənməsinə qarşı mübarizəni genişləndirir “SOCAR Türkiyə” Egey bölgəsinin investisiya və ticarət mərkəzi olan Əliağa körfəzində dənizin şirklənməsinə qarşı etibarlı müdafiə səddi yaradıb
Energetika
29 Mart , 2021 13:56
“SOCAR Türkiyə” dənizin çirklənməsinə qarşı mübarizəni genişləndirir

Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə” strateji investisiyaları ilə ölkə iqtisadiyyatına dəyər qatmaqla yanaşı davamlı olaraq ətraf mühit və sosial məsuliyyət layihələri həyata keçirir.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, “SOCAR Türkiyə” Əliağa və Nəmrud körfəzində dənizin mümkün çirklənməsinə qarşı mübarizə potensialını artıraraq bölgədə müdafiə səddi yaratmışdır. “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin sahilboyu strukturlarında yaratdığı Dənizin Çirklənməsinə qarşı Müdaxilə Mərkəzi və 24 saat ərzində növbədə olan “Əliağa Responder” gəmisi sayəsində mümkün çirklənmə hallarının qarşısı dərhal aradan qaldırılır.

Məlumata görə, ətraf mühitin mühafizəsini, əməyin təhlükəsizliyini və insanların sağlamlığını daim diqqət mərkəzində saxlayan “SOCAR Türkiyə” Egey bölgəsinin investisiya və ticarət mərkəzi olan Əliağa körfəzində dənizin şirklənməsinə qarşı etibarlı müdafiə səddi yaradıb.

Bu istiqamətdə səfərbər olunan komandası və avadanlığı ilə ən yüksək potensiala malik “SOCAR Türkiyə” bölgədə hər hansı bir səbəbdən yarana biləcək çirklənmənin qarşısını dərhal almaq üçün “Əliağa Responder” gəmisini 24 saat hazır vəziyyətdə saxlayır.

Bütün Əliağa bölgəsinə xidmət edir

“SOCAR Türkiyə”-nin Baş içraçı direktorunun SƏTƏM üzrə müşavi Koray Koyuncu bildirib ki, İzmirin Əliağa bölgəsində çok böyük investisiyalara imza atan qrupumuz gələcək nəsillərə təmiz bir dünya qoymağı hədəfləyərək fəaliyyətini davam etdirir: “Bu çərçivədə dənizlərimizi qorumaq, mümkün çirklənmə hallarına qarşı təcili tədbirlər görmək üçün Əliağada emal, neft-kimya və anbar sahələrində fəaliyyət göstərən şirkətlərimizin hamısına və sahilboyu qonşularımıza 7/24 xidmət göstərmək potensialına malik peşəkar bir komandanı, eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş “Əliağa Responder” gəmisini daim hazır vəziyyətdə saxlayırıq. Gəmi bölgədə meydana çıxa biləcək hər hansı bir problemə qarşı hər an köməyə hazır vəziyyətdədir”.

“Əliağa Responder” təcili müdaxilə gəmisinin saatda 40 kubmetr neftyığma qabiliyyətinə malik olduğunu qeyd edən Koyuncu əlavə edib: “35 metr uzunluğunda olan gəmi həm də dənizdə neftin yayılmasına müdaxilə edə biləcək əlavə süpürmə qollarına malikdir. Gəminin daim növbədə olması mümkün dəniz çirklənmələri ilə mübarizədə bölgə üçün mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Türkiyədə tullantıların həcminə görə üç səviyyə müəyyən edilib. Birinci və ikinci səviyyələrə aid tullantılar şirkətlər tərəfindən aradan qaldırılır. Üçüncü səviyyədə (çirklənmə həddi yuxarı olduqda) dövlət müdaxilə edir. Bu baxımdan “SOCAR Türkiyə” kimi dənizdə ticarət aparan və tullantı riski daşıyan şirkətlərin hamısı həm daxili, həm də kənar vasitələr hesabına təcili müdaxilə xidməti yaradır. “SOCAR Türkiyə” Əliağada böyük investisiyalara malik olduğuna görə müvafiq risklərin daha effektli idarə olunması məqsədi ilə daimi icarəyə götürdüyü “Əliağa Responder” gəmisindən istifadə edir.

Son xəbərlər

Orphus sistemi