"SOCAR Trading"in gəlirləri 14% artıb

"SOCAR Trading"in gəlirləri 14% artıb Şirkət satış həcmini 6% artırıb
Energetika
3 İyul , 2017 10:15
SOCAR Tradingin gəlirləri 14% artıb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading"in 2016-ci ildə gəlirləri əvvəlki illə müqayisədə 14% artaraq 25,9 mlrd. ABŞ dolları olub.

"Report" "SOCAR Trading"in statistik məlumatına əsasən xəbər verir ki, ötən il şirkət 50 mln. ton həcmində Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirib. Bu isə 2015-cu ilə nisbətən 6,4% çoxdur.

Bu həcmin 21 mln. tonu Azərbaycan mənşəli xam neft, 29 mln. tonu isə üçüncü tərəflərin xam neft və neft məhsulları olub. Ötən il üçüncü tərəflərin xam neft və neft məhsullarının satışı əvvəlki illə müqayisədə 16% artıb.

"SOCAR Trading" fəaliyyətə başladığı 2008-ci ildə 13 mln. ton həcmində Azərbaycan xam nefti satıb. 2009-cu ildə isə üçüncü tərəflərin neft və neft məhsullarının ticarətinə başlayıb və həmin il 2 mln. ton həcmində üçüncü tərəflərin məhsulu satılıb. 2009-cu ildə Azərbaycan xam neftinin ticarəti isə 20 mln. ton həcmində olub.

2010-cu ildə "SOCAR Trading" 31 mln. ton həcmində satış həyata keçirib ki, bunun da 25 mln. tonu Azərbaycan xam nefti, 6 mln. tonu üçüncü tərəfin məhsulu olub.

2011-ci ildə 38 mln. ton (28 mln. ton Azərbaycan, 10 mln. ton üçüncü tərəfin məhsulu), 2012-ci ildə 39 mln. ton (23 mln. ton Azərbaycan mənşəli, 16 mln. ton üçüncü tərəfin məhsulu), 2013-cü ildə 44 mln. ton (24 mln. ton Azərbaycan, 20 mln. ton üçüncü tərəfin məhsulu), 2014-cü ildə 46 mln. ton (25 mln. ton Azərbaycan, 21 mln. tonu isə üçüncü tərəfin məhsulu), 2015-ci ildə 47 mln. ton (22 mln. tonu Azərbaycan, 25 mln. tonu üçüncü tərəfin məhsulu) həcmində satış həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi