Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın “TotalEnergies” şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsini (Faza-2), neft-qaz və bərpaolunan enerji sahəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirib.
Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir. Bu məsələlər SOCAR-ın prezidenti Rövşən Nəcəfin “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə bu gün Bakıda keçirilən görüşdə müzakirə olunub.
Görüşdə SOCAR ilə “Total Energies” arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin birinci mərhələsi (Faza-1) - Erkən Hasilat Sxemi (EPS) çərçivəsində görülən işlər, layihənin cari vəziyyəti, müasir texnoloji və təhlükəsizlik sistemləri ətrafında müzakirə aparılıb.

