​SOCAR təyyarə yanacağının ixracını 27% artırıb

​SOCAR təyyarə yanacağının ixracını 27% artırıb Oktyabr ayında isə təyyarə yanacağının ixracı 16% çox olub
Energetika
2 Noyabr , 2015 17:10
​SOCAR təyyarə yanacağının ixracını 27% artırıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 74 317 ton dizel yanacağı, 23 166 ton təyyarə yanacağı ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, oktyabrda dizel yanacağının ixracı ötən ilin oktyabr ayından 34% az, təyyarə yanacağının ixracı isə 16% çox olub.

Ümumilikdə, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 781 599 ton dizel yanacağı, 201 360 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. Nəticədə dizel yanacağının ixracı illik müqayisədə 5%, soba mazutunun ixracı 33% azalıb, təyyarə yanacağının ixracı isə 27% artıb.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton) 485,31 ABŞ dolları, təyyarə yanacağı 454,88 dollar, dizel yanacağı 433,11 dollar, 1% kükürdlü mazutun qiyməti isə 231,63 dollar təşkil edib.

Hesabat ayında dünya bazarında "Brent" tipli xam neftin 1 barelinin orta qiyməti 48,56 dollar, "Urals" nefti 47,49 dollar, "BTC FOB Ceyhan" tipli xam neft isə 50,06 dollar olub.

Son xəbərlər

Orphus sistemi