​SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlimçiləri üçün seminar təşkil olunub

​SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlimçiləri üçün seminar təşkil olunub Seminarın 3 gün keçirilməsi nəzərdə tutulub
Energetika
13 İyun , 2016 18:06
​SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlimçiləri üçün seminar təşkil olunub

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlimçiləri üçün seminar təşkil olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, seminar Təhsil Nazirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “İdarəetmə və pedaqogika üzrə Təlim Proqramı” çərçivəsində “İlk peşə ixtisas təhsili sistemində nəzəriyyə və təcrübənin birləşdirilməsi” mövzusunda təlim kursunda iştirak etmiş və beynəlxalq sertifikata layiq görülmüş TTSİ-nin təlimçisi tərəfindən idarənin digər mütəxəssisləri üçün təşkil olunub. 

Seminarda peşə təhsilində effektiv təlim və tədris metodları, təcrübə-təlim dövriyyə nəzəriyyəsi, davamlı inkişaf üçün təhsil proqramı, təşkilati və işçi heyətinin inkişafı üçün fəaliyyətlər, davamlı təlim prosesi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb. Seminarın 3 gün keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi