​SOCAR Supsa limanından neft ixracını kəskin artırıb

​SOCAR Supsa limanından neft ixracını kəskin artırıb İyulda Supsa limanından 274,7 min ton neft ixrac edilib
Energetika
1 Avqust , 2016 17:31
​SOCAR Supsa limanından neft ixracını kəskin artırıb

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin iyul ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 274 676 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu həcm ötən ilin iyul ayından 3,24 dəfə çox olub.

Ümumilikdə, yanvar-iyul ayları ərzində Supsa limanından 1 491 744 ton neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 7,3% azdır

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi