“SOCAR-STP” API sertifikatlarına layiq görülüb

“SOCAR-STP” API sertifikatlarına layiq görülüb “SOCAR-STP” MMC Amerika Neft İnstitutunun (API) Monoqram Proqramı üzrə üç istehsal istiqaməti - fırlanan qazma boru komponentləri (7-1), qazma sütunu və boru birləşməsi (5CT), quyu başlığı və fontan armaturu məhsulları (6A) üzrə API Spesifikatlarına layiq
Energetika
15 Oktyabr , 2021 09:59
“SOCAR-STP” API sertifikatlarına layiq görülüb

“SOCAR-STP” MMC Amerika Neft İnstitutunun (API) Monoqram Proqramı üzrə üç istehsal istiqaməti - fırlanan qazma boru komponentləri (7-1), qazma sütunu və boru birləşməsi (5CT), quyu başlığı və fontan armaturu məhsulları (6A) üzrə API Spesifikatlarına layiq görülüb.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Bununla da “SOCAR-STP” API-nin istehsal sertifikatlarını alan ilk yerli şirkət adını qazanıb.

“SOCAR-STP” indiyə qədər API tərəfindən Keyfiyyəti İdarəetmə Sisteminin icrası və ISO 9001:2015 Beynəlxalq Standartı üzrə sertifikatlaşdırmaya da nail olmaqla yalnız şirkətin özü üçün deyil, həm də bütövlükdə yerli istehsal üçün mühüm hədəflərə çatıb.

Qeyd edək ki, API Monoqram Proqramı üzrə sertifikatlaşdırma şirkətlərə öz məhsullarının qlobal keyfiyyət tələblərinə uyğunluğunu və qlobal neft və sənaye bazarında istifadəyə yararlılığını nümayiş etdirmək imkanı yaradır. API Monoqram lisenziyası, API Q1 standartının tələblərini tətbiq edən, Monoqramın istehsal və sınaq tələblərinə uyğunluğunu təsdiqləyən şirkət və təşkilatlara verilir.

Xatırladaq ki, 2020-ci ildə SOCAR (50%) və Sumqayıt Texnologiyalar Parkı (STP) (50%) tərəfindən yaradılan “SOCAR-STP” regionun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edir. Birgə müssisənin yaradılması SOCAR və ölkənin ən iri sənaye komplekslərindən olan STP arasında əməkdaşlıq çərçivəsində, neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə mövcud imkanların inkişaf etdirilməsi məqsədini daşıyır. ''SOCAR-STP''nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıqlar, fontan armaturları, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi