Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Pearl Energy” layihəsi çərçivəsində Şri Lankanın yaxın gələcəkdə LNG inkişaf proqramına qatılacağı gözlənilir.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Maltada “LNG”dən elektrik enerjisinin istehsalı layihəsini uğurla başlamasından sonra Cenevrədə yerləşən SOCAR Trading şirkəti sonrakı dayancağının Şri Lanka olduğunu açıqlayıb.
“Pearl Energy” layihəsi ilə əməkdaşlıq çərçivəsində şirkət Hambantota limanında LNG güclərinı inkişaf etdirməyi planlaşdırılır və burdan LNG avtomobil nəgliyyati ilə enerji istehsalçılarına çatdırılacaq. SOCAR əsas hədəflərinin birinin də limanda elektrik stansiyası inşa etmək olduğunu açıqlayıb.
Ötən ilin avqust ayında Şri Lankanın İnvestisiya Şurası (BOI) Hambantota limanında üzən bir LNG anbarı hesab olunan "Hambantota LNG Hub"ı fəaliyyətə başlatmaq üçün Pearl Energy (Pvt) Ltd. ilə bir müqavilə imzalayıb.
Beynəlxalq mediaya görə, SOCAR LNG ticarəti üçün kiçik ölçülü terminal-habın qurmaq üçün Hambantota limanının çinli liman operatorları və Körfəzdəki ortaqları ilə müqavilə imzalayıb. Şirkət bildirib ki, terminalın inşası təxminən 100 milyon ABŞ dollarına başa gələ bilər.
Şri Lankadan əlavə SOCAR, Seneqal və Mozambiki də daxil olmaqla bir sıra Afrika ölkələrində imkanları araşdırır.
Beynəlxalq mediaya açıqlamasında SOCAR Trading şirkətinin rəsmisi Cənubi Afrikadakı Coega xüsusi iqtisadi zonasında LNG istehsalı güclərinin yaratmaq üçün keçiriləcək tenderə qatılacaqlarını söyləyib.
Ötən il SOCAR Trading 4 milyon ton LNG ticarəti aparıb və 2025-ci ilə qədər bu həcmlərin 10 milyon tona çatacağını ümid edir. Şirkət ticarət və biznesin inkişafı da daxil olmaqla yeni karbon bölməsi ilə mübarizəyə qoşulmağı planlaşdırır.