SOCAR son büdcə ödənişlərini açıqlayıb

SOCAR son büdcə ödənişlərini açıqlayıb Şirkət ötən ay büdcəyə 120 mln. manata yaxın vəsait ödəyib
Energetika
13 May , 2016 13:36
SOCAR son büdcə ödənişlərini açıqlayıb

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin aprel ayında dövlət büdcəsinə 119,845 mln. manat vəsait ödənilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında büdcəyə 444,975 mln. manat vəsait köçürülüb.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13,138 mln. manat vəsait ödəyib. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1,230 mln. manat və ya 10,3% çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 45,108 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi