Vaqif Əliyev: “SOCAR və TPAO birgə yatırımlarını davam etdirəcək”

Vaqif Əliyev: “SOCAR və TPAO birgə yatırımlarını davam etdirəcək” “Ancaq qiymətləndirmələrimiz ola bilər. Sözü gedən üçüncü ölkə coğrafi baxımdan yaxın bir yer olacaq. Məsələn, daha Sinqapur və ya Afrika olmaz”.
Energetika
16 İyun , 2021 16:13
Vaqif Əliyev: “SOCAR və TPAO birgə yatırımlarını davam etdirəcək”
Vaqif Əliyev

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Türkiye Petrolleri” (TPAO) şirkəti 1994-cü ildən bəri ortaq sərmayələr qoyur. Əlbəttə ki, bunu davam etdirmək istəyirik”.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey Enerji" və "Petkim Holding"in İdarə Heyəti sədrinin müavini Vaqif Əliyev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri zamanı iki şirkət arasında üçüncü ölkəyə ortaq yatırım edilə biləcəyi ilə bağlı səsləndirdikləri fikrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ancaq hələlik bu ölkənin hansı olacağı dəqiq məlum deyil: “Ancaq qiymətləndirmələrimiz ola bilər. Sözügedən üçüncü ölkə coğrafi baxımdan yaxın bir yer olacaq. Məsələn, daha Sinqapur və ya Afrika olmaz”.

Qeyd edək ki, TPAO şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda, “Şahdəniz” qaz-kondensat yatağında, Cənubi Qafqaz Boru Kəmərində və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində yaxından iştirak edir. Belə ki, Türkiyənin neft-qaz şirkəti AÇG də 5,73 % səhm payına malikdir. Həmçinin, TPAO “Şahdəniz” yatağında 19 % səhm sahibidir. Bundan başqa, “Türkiye Petrolleri” şirkəti BTC Ko şirkətində 6,53 %, Cənubi Qafqaz Boru Kəməri şirkətində isə 19 % səhm payına malikdir.

Son xəbərlər

Orphus sistemi