SOCAR: "Şirkətin vitse-prezidentinin guya istintaqa cəlb olunması məlumatları tamamilə əsassızdır"

SOCAR: "Şirkətin vitse-prezidentinin guya istintaqa cəlb olunması məlumatları tamamilə əsassızdır" "Həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini məsuliyyət daşıyırlar"
Energetika
11 Yanvar , 2017 15:54
SOCAR: Şirkətin vitse-prezidentinin guya istintaqa cəlb olunması məlumatları tamamilə əsassızdır

Bakı. 11 yanvar. REPORT.AZ/ "Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb. Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır". 

"Report" xəbər verir ki, bu, SOCAR-ın mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumatda deyilir ki, SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. "Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi