SOCAR Serbiyanın neft şirkətinin səhmlərini almaqda maraqlıdır
- 12 aprel, 2022
- 11:31
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Serbiyanın NIS neft şirkətinin səhmlərinin nəzarət zərfinin almaqda maraqlıdır.
“Report”un Serbiya mətbuatına istinadən verdiyi məılumata görə, SOCAR Serbiya hökuməti, eləcə də NIS-in əsas sahibi, Rusiyanın dövlətə məxsus “Qazpromneft” şirkəti ilə sıx əlaqədə olduğu bildirilir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Moskva yanacaq və qaz ticarəti ilə bağlı Qərb ölkələri də daxil olmaqla, iqtisadi sanksiyalara məruz qalıb. “Demostat” nəşri yazır ki, bu, NIS-in Pançevo neft emalı zavodunu Avropa İttifaqı ərazisi vasitəsilə xam neftlə necə təmin edə biləcəyi qorxusunu artırır.
Xatırladaq ki, Avropa İttifaqı, üçüncü ölkələrə xam neft Rusiyadan gələn ölkələrin şirkətlərinə öz ərazisi ilə satışını və daşınmasını qadağan edib. Rusiyanın dövlət şirkəti "Qazpromneft"in 51 % paya sahib olduğu Serbiyanın neft sənayesi ilə bağlıdır. NIS neft şirkətində digər pay hissəsi isə Serbiya hökumətinə məxsusdur.
Bununla belə, bir neçə gün əvvəl KİV-də Avropa İttifaqı tərəfindən Serbiyanı Rusiya şirkətlərinə qarşı tətbiq edilən bu sanksiyalardan azad etmək qərarına gəldiyi barədə xəbərlər yayılmışdı ki, bu da NIS-in hələ də müntəzəm şəkildə təmin oluna və normal fəaliyyət göstərə biləcəyi deməkdir.