SOCAR sentyabrda 12 km quyu qazıb

SOCAR sentyabrda 12 km quyu qazıb Bu ilin əvvəlindən qazmadan alınmış 46 yeni quyu mədənçilərə təhvil verilib
Energetika
4 Oktyabr , 2016 15:10
SOCAR sentyabrda 12 km quyu qazıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 12 335 metr qazma işi həyata keçirilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bu sahədə görülmüş işlərin 11 570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR üzrə 86 583 metr qazma işi görülüb ki, bunun da 84 518 metri istismara, 2 065 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi