SOCAR: "Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik"

SOCAR: "Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik" "Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır".
Energetika
212
29 Noyabr , 2021 13:27
SOCAR: Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik
İbrahim Əhmədov

"Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır".

"Report"un məmulatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi kənarlaşdırmalar müəyyən edilib:

"Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin (AI-92) Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Bizim istəyimiz odur ki, zavodda istehsal olunan məhsul həm də beynəlxalq standartlara uyğunlaşdırılsın. Buna görə də, modernizasiya işləri aparılır",- deyə o söyləyib.

SOCAR rəsmisi qeyd edib ki, Azərbaycanda "Avro-5" standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi