SOCAR SAP-ın mükafatına layiq görülüb

SOCAR SAP-ın mükafatına layiq görülüb SOCAR “Hasilat 4.0” nominasiyası üzrə qalib olub
Energetika
6 Oktyabr , 2017 13:45
SOCAR SAP-ın mükafatına layiq görülüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “SAP Value Award” mükafatının qaliblərindən olub.

“Report” bu barədə SAP-a istinadən xəbər verir.

SOCAR “Hasilat 4.0” nominasiyası üzrə qalib elan olunub.

Ümumilikdə 7 şirkət münsiflər heyəti tərəfindən seçilərək mükafat alıb, bir şirkət isə tamaşaçı rəğbətinə əsasən səsvermə nəticəsində mükafata layiq görülüb.

Qeyd edək ki, “SAP Value Award” hər il keçirilir.

İngilis versiyası SOCAR wins SAP Value Award

Son xəbərlər

Orphus sistemi