Rumıniyanın Satu Mare regionunda
“Report”un Rumıniya KİV-inə istinadən verdiyi məlumata görə, bu, Rumıniyada SOCAR brendi ilə açılan 43-cü yanacaqdoldurma məntəqəsidir.
Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib. Məntəqədə “SOCAR Petroleum” şirkəti "Nano” markalı 4 növ yanacaq satışını həyata keçirir. SOCAR YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.
Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Bundan başqa, YDM-də elektrikli avtomobillərin enerji ilə doldurulması üçün avadanlıq mövcuddur.
Xatırladaq ki, SOCAR Rumıniyanın 20 rayonunda YDM şəbəkəsinə malikdir. “SOCAR Petroleum S A” 2011-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir.