SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək YDM Rumıniyanın turizm mərkəzlərindən biri olan Braşov şəhərində açılacaq
Energetika
10 Oktyabr , 2017 07:41
SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək
Foto: Report.az

Buxarest. 10 oktyabr. REPORT.AZ/ Yaxın günlərdə SOCAR Rumıniyada sayca 39-cu yanacaqdoldurma məntəqəsini (YDM) açacaq.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətindən məlumat verilib.

Bu, Rumıniyanın turizm mərkəzlərindən biri olan Braşov şəhərində “SOCAR” brendi altında istifadəyə veriləcək sayca ikinci məntəqədir. YDM-də 3 sayğac quraşdırılıb və bu da 4 kiçik və 2 böyük nəqliyyat vasitəsinin eyni anda benzin və dizel yanacaqları ilə təmin edilməsi deməkdir. Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunacaq.

SOCAR-ın Rumıniyadakı yanacaqdoldurma məntəqəsi şəbəkəsi artıq 18 regionu əhatə edir.

Son xəbərlər

Orphus sistemi