Bakı. 12 fevral. REPORT.AZ/ Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Ağasiyev Riza-Kulu Abdul Kasım oğlunun 90 yaşı tamam olub.
Azərbaycan Dövlət Neft Şirkətindən (
Qocaman neftçi son illərdə ölkə başçısı
Qeyd edək ki, R.Ağasıyev Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesinə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlayıb, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəlib. 25 il Neftayırma və neft kimyası müəssisələrinin layihələndirilməsi İnstitutunun direktoru olan R.Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasıyevin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, “Şöhrət”, "Azərbaycanın əməkdar səmərələşdiricisi" fəxri adlarına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.



