SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib Şirkətin çoxminli kollektivinin təmsilçiləri də onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər
Energetika
12 Dekabr , 2016 16:50
SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və çoxminli kollektivin təmsilçiləri Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günündə onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

“Report” SOCAR-a istinadən xəbər verir ki, şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycanın müstəqilliyinin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatının inkişafında, milli dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhu qarşısında baş əyiblər.

Son xəbərlər

Orphus sistemi