SOCAR: Quruda yerləşən bəzi neft və qaz yataqlarının istismarı dayandırılıb

SOCAR: Quruda yerləşən bəzi neft və qaz yataqlarının istismarı dayandırılıb SOCAR: Quruda yerləşən bəzi neft və qaz yataqlarının istismarı dayandırılıb
Energetika
19 Sentyabr , 2020 12:00
SOCAR: Quruda yerləşən bəzi neft və qaz yataqlarının istismarı dayandırılıb

Məlum olduğu kimi, bu ilin 9 aprel tarixində OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında COVID-19 pandemiyasının təsiri altında yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neftə olan tələb və təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barrel həcmində azaldılması barədə razılığa gəliblər.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan OPEC+ iştirakçısı kimi görüşdə təmsil olunub və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı öhdəliklər götürüb: “Müzakirələrdə Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilib və təklifin icrasının təmin olunması Nazirlər Kabinetinin tapşırığı ilə SOCAR-a həvalə edilib”.

R.Abdullayev xatırladıb ki, beynəlxalq razılaşmaya əsasən, 2020-ci ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat 554 min bareldən, iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır: “Qeyd edilən göstəricilər yalnız xam neftin hasilatına aiddir. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yataqların istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürülüb. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək, məhsuldarlığı isə aşağı olan neft və qaz yataqlarının istismarı dayandırılıb, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən yataqlarda isə istismar tam həcmdə davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi