​SOCAR quruda iki yeni quyu qazır

​SOCAR quruda iki yeni quyu qazır Yeni quyular "Pirallahı adası-quru" və "Çahandar-Zarat" yataqlarında qazılır
Energetika
8 Yanvar , 2015 16:03
​SOCAR quruda iki yeni quyu qazır

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" və "Çahandar-Zarat" yataqlarında iki yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

"Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Pirallahı adası-quru" yatağında Qirməkialtı Lay Dəstəsinə qazılan 1 179 nömrəli quyunun layihə dərinliyi 910 metrdir. "Siyəzənneft" NQÇİ-nin sifarişi ilə "Çahandar-Zarat" yatağında Maykop Lay Dəstəsinə qazılan 1 787 nömrəli quyunun layihə dərinliyi isə 1 250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi