SOCAR qazma işlərinin həcmini 26% artırıb

SOCAR qazma işlərinin həcmini 26% artırıb SOCAR üzrə səkkiz ayda 93 646 metr qazma işi görülüb
Energetika
7 Sentyabr , 2017 14:26
SOCAR qazma işlərinin həcmini 26% artırıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93 646 metr qazma işi görülüb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bunun da 87 208 metri istismara, 6 438 metri isə kəşfiyyata aid olub.

Hesabat dövründə görülən qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 26% çoxdur.

İlin səkkiz ayı ərzində həyat keçirilən qazma işlərinin 10 184 metri avqustda görülüb. Bu sahədə görülmüş işlərin 10 130 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi