Yuxarı
    Bağlamaq

    SOCAR qazma işlərini 49% artırıb

    Yanvar-may aylarında şirkət üzrə 63 min metrdən artıq qazma işi görülüb

    Bakı. 6 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 63 339 metr qazma işi görülüb.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, bunun da 57 896 metri istismara, 5443 metri isə kəşfiyyata aid olub.

    İlin 5 ayında həyata keçirilən qazma işlərinin 13 743 metri may ayının payına düşüb. Bu sahədə görülmüş işlərin 12277 metri istismara, 1466 metri isə kəşfiyyata aid olub.

    Beş ay ərzində həyata keçirilmiş qazma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49%, may ayında görülmüş işlərin həcmi isə ötən ilin analoji ayı ilə müqayisədə 31% artıb. 

    2017-ci ilin may ayında qazmadan alınmış 7, il ərzində isə 30 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi